5 dekabr 2025. Cümə

“Bir ay sonra qayıda bilərəm”


“Bir ay sonra qayıda bilərəm”

“Barselona”nın qapıçısı Joan Qarsiya, sentyabrın 25-də La Liqanın “Ovyedo” ilə oyununun sonunda aldığı zədədən sonra sağlamlıq vəziyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romano 24 yaşlı qolkiperin fikirlərini belə çatdırıb:

“Qayıdışım? Təxminən bir ay qalıb, görək işlər necə gedəcək… Dizimlə hər şey qaydasındadır, vəziyyət çox yaxşıdır”

Cari mövsümdə qapıçı bütün turnirlərdə 7 oyunda iştirak edib.

Oktyabrın 26-da “Barselona” Madridin “Real”ı ilə “Santyaqo Bernabeu” stadionunda qarşılaşacaq. Səkkiz turdan sonra kataloniya klubu çempionat cədvəlində 19 xalla ikinci yerdədir, “Real” isə 21 xalla liderdir.







İspaniya L.L.