5 dekabr 2025. Cümə

“Kriştiano Ronaldonu hər zaman özümə nümunə hesab etmişəm”


“Kriştiano Ronaldonu hər zaman özümə nümunə hesab etmişəm”

“Real”ın hücumçusu Kilian Mbappe komandanın sabiq futbolçusu Kriştiano Ronaldonu özünə örnək aldığını bildirib.

90deqiqe.Az xəbər verir ki, "Movistar" 26 yaşlı futbolçunun fikirlərini belə çatdırıb:

“Kriştiano Ronaldo mənim üçün hər zaman nümunə və ideal olub. Onunla ünsiyyət qurmaq, məsləhətlərini dinləmək mənim üçün böyük şansdır. Ronaldo mənə çox kömək edir. O, ‘Real Madrid’in simvoludur, bir nömrədir. İnsanlar hələ də onun haqqında düşünür və danışırlar”

Qeyd edək ki, portuqaliyalı hücumçu 2009–2018-ci illərdə “Real Madrid”in heyətində çıxış edib. Bu müddətdə o, “Kral klubu” ilə dörd dəfə “Qızıl top” mükafatına layiq görülüb. Ronaldo Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 438 oyuna 450 qol vurub.







İspaniya L.L.