- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın sabiq hücumçusu David Villa keçmiş “Real Madrid” baş məşqçisi Joze Mourinyonun ona ünvanladığı sözləri xatırlayıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" 43 yaşlı sabiq futbolçunun fikirlərini belə çatdırıb:
“Mourinyo demişdi ki, ‘Barselona’ çox pul xərcləyib, amma hücumçu qol vura bilmir. Mən bunu çox bəyəndim. Bu mənə ilham verdi və həmin oyunda ‘Real’a qarşı iki qol vurdum. O görüş 5:0 hesabı ilə bitdi və o gecəni unutmaq mümkün deyil.”
David Villa “Barselona”da 2010–2013-cü illərdə çıxış edib. O, “Valensiya”dan 40 milyon avro qarşılığında transfer olunmuşdu. Klubun heyətində 119 matça çıxan Villa 48 qol vurub və 24 məhsuldar ötürmə edib.