5 dekabr 2025. Cümə

“Flik qladiator kimidir, o, tam Rassell Krouya bənzəyir”


“Flik qladiator kimidir, o, tam Rassell Krouya bənzəyir”

"Barselona" klubunun prezidenti Joan Laporta komandanın baş məşqçisi Hans-Diter Fliki məşhur avstraliyalı aktyor, “Qladiator” filmində baş rolu canlandıran Rassell Krou ilə müqayisə edib.

90deqiqe.Az “3Cata”ya istinadən xəbər verir ki, funksionerin sözlərinə görə, Flik həm xarakterinə, həm də iş tərzinə görə “qladiator”a bənzəyir:

“Flik qladiator kimidir — o, tam Rassell Krouya bənzəyir. Bizim üçün əsl tapıntıdır və o, mükəmməl baş məşqçidir. Onunla ünsiyyət qurmaq çox asandır. Flik hər şeydə diqqətli və həssas insandır.

Amma eyni zamanda çox tələbkardır. Onun planlarını dəyişmək mümkün deyil. Bu mənada o, tipik almandır, lakin eyni zamanda, dediyim kimi, insanlarla münasibətdə empatikdir. Onunla işləmək mənim üçün çox rahatdır və “Barselona”nın baş məşqçisi olmasından çox məmnunam.”

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi təyin olunub.







İspaniya L.L.