5 dekabr 2025. Cümə

Mbappe “Real”ın transfer işində də klubuna dəstək verir


Mbappe “Real”ın transfer işində də klubuna dəstək verir

“Real”ın hücumçusu Kilian Mbappe komandaya yalnız meydanda deyil, transfer bazarında da dəstək olur.

90deqiqe.Az Defensa Central”a istinadən xəbər verir ki, Mbappe Fransa millisinin həmkarı, müdafiəçi İbrahima Konateni Madriddəki klubda oynamağa razı salır.

Mbappenin fikrincə, Konate “Real”da çıxış etmək istəyir və Madrid klubundan gələcək təklifini gözləyir. Növbəti yay “Real” ulduz müdafiəçini pulsuz heyətinə qatmaq imkanına malik olacaq. 26 yaşlı Konatenin “Liverpul”la mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.

Qeyd edək ki, Kilian Mbappe özü də “Real”a azad agent kimi transfer olunub.







İspaniya L.L.