5 dekabr 2025. Cümə

“Real” və PSJ arasındakı fərq təkcə titullardadır”


“Real” və PSJ arasındakı fərq təkcə titullardadır”

“Real” klubunun hücumçusu Kilian Mbappe Fransadakı əvvəlki komandası PSJ ilə indiki klubu arasındakı fərqi izah edib. 

90deqiqe.Az xəbər verir ki, “Movistar” 26 yaşlı futbolçunun fikirlərini belə çatdırıb:

“Yeganə fərq "Real Madrid"in dünyanın ən yaxşı klubu olmasıdır.

Mən camaatın təzyiqinə öyrəşmişəm. Ancaq özünüzə deyin: mən dünyanın ən yaxşı klubundayam, qalib gəlməliyəm, yaxşı çıxış etməliyəm, komanda yoldaşlarım və azarkeşlər üçün nümunə olmalıyam”

Qeyd edək ki, fransız futbolçu 2017–2024-cü illərdə Paris klubunda çıxış edib.Mbappe PSJ-də 308 oyunda 256 qol vurub və 110 məhsuldar ötürmə edib. “Real”ın heyətində isə 69 oyunda 58 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.