5 dekabr 2025. Cümə

“Real” aldada bilməyəndə şikayətlənir — bu, onların DNT-sidir"


“Real” aldada bilməyəndə şikayətlənir — bu, onların DNT-sidir"

“Barselona”nın sabiq müdafiəçisi Cerard Pike və Madrid “Real”ının keçmiş futbolçusu Marselo 2017-ci il İspaniya Superkubokunun finalını müzakirə ediblər. 

90deqiqe.Az xəbər verir ki, bu müzakirə "Plex" YouTube kanalının efirində yayımlanıb.

Söhbət zamanı Marselo həmin finalda baş verən hadisələri xatırladıb:

Marselo: “Kriştianu Ronalduya qarşı aşkar penalti vardı. O, qol vurduqdan sonra formanı çıxardığı üçün sarı vərəqə aldı, ardınca isə simulyasiyaya görə meydandan qovuldu. Hakimi itələdiyi üçün də əlavə cəza aldı.”

Pike: “O, hakimi itələdiyinə görə sarı yox, qırmızı vərəqə almalı idi. Üstəlik, buna görə hələ etiraz da edirdi. Bu, açıq-aşkar qırmızı idi, möhtəşəm! Onlar aldada bilməyəndə şikayətlənirlər — bu, ‘Real’ın DNT-sidir.”

Qeyd edək ki, həmin qarşılaşmada “kral klubu” iki oyunun nəticəsinə görə “Barselona”nı 5:1 hesabı ilə məğlub etmişdi.







İspaniya L.L.