5 dekabr 2025. Cümə

“Levandovski ilə bağlı qərar hələ verilməyib”


“Levandovski ilə bağlı qərar hələ verilməyib”

Məşhur futbol agenti Pini Zaxavi “Barselona” hücumçusu Robert Levandovskinin maraqlarını təmsil edən şəxs, müştərisinin Kataloniya klubundakı gələcəyi barədə açıqlama verib. 

90deqiqe.Az xəbər verir ki, "365Scores" polşalı futbolçunun dediklərini belə çatdırıb.

“Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır və hələlik heç bir qərar qəbul olunmayıb. Qarşıdakı günlərdə vəziyyətin necə dəyişəcəyini gözləməliyik.

Səudiyyə Ərəbistanı klublarından təkliflər? Xeyr, hələlik oradan heç bir rəsmi danışıqlar və ya təklif olmayıb” 

Daha əvvəl mətbuatda “blauqrana”nın polşalı futbolçu ilə 2026-cı ildə başa çatacaq müqaviləni uzatmaq niyyətində olmadığı bildirilmişdi.

37 yaşlı forvard 2022-ci ilin iyulundan “Barselona”nın heyətində çıxış edir. Bu mövsüm təcrübəli hücumçu bütün turnirlərdə 9 oyunda iştirak edib və 4 qol vurub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.







İspaniya L.L.