- İspaniya L.L.
- 23:51 04.12.2025
Fransalı mütəxəssis Zinəddin Zidan, vaxtilə Madrid “Real”ını çalışdırdığı dövrdə komandanın ulduz oyunçuları olan xorvatiyalı Luka Modriç və portuqaliyalı Kriştiano Ronaldo ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az “MadridXtra”ya istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı, kimi yenidən məşq etdirmək istədiyi barədə seçimini belə açıqlayıb:
“Mən hər ikisini seçirəm. Həm Ronaldo, həm də Modriç mənə xoş gəlir. Onlar möhtəşəm futbolçulardır. “Real”ın məşqlərində onların necə çalışdıqlarını görmüşəm. O dövrdə komandanın oyunçuları matçlarda demək olar ki, topu itirmirdilər”
Xatırladaq ki, Zidanın rəhbərliyi altında “Real Madrid” İspaniya çempionu olub və üç dəfə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.