5 dekabr 2025. Cümə

Robert Levandovski “El Klasiko”nu buraxacaq


Robert Levandovski “El Klasiko”nu buraxacaq

“Barselona” klubunun hücumçusu Robert Levandovski Madrid “Real”ı ilə keçiriləcək “El Klasiko” matçında iştirak edə bilməyəcək. 

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb təcrübəli forvardın Polşa millisinin heyətində aldığı zədələnməsidir. 37 yaşlı futbolçu dizaltı vətər zədəsi alıb və onun bərpa müddəti müalicə üsulundan asılı olacaq. Bununla belə, Levandovski “Real”la matça qədər sağalmayacaq. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, hücumçu noyabrın 18-dən tez meydanlara qayıda bilməyəcək.

Xatırladaq ki, oktyabrın 12-də Polşa millisi 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin 8-ci turunda Litvanı 2:0 hesabı ilə məğlub edib. Robert Levandovski bu matçda komandasının qollarından birini vurub.Komandalar La Liqanın 10-cu turu çərçivəsində oktyabrın 26-da, bazar günü qarşılaşacaq.







İspaniya L.L.