- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın hücumçusu Markus Reşford İngiltərə yığmasındakı perspektivləri barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu, yayda “Mançester Yunayted”dən Kataloniya klubuna keçidi onun milli komandadakı şanslarına müsbət təsir göstərdiyini bildirib.
“Barselona"ya keçidim 2026 Dünya Çempionatına getmək şansımı artırdı? Bəli. Əgər “Mançester Yunayted”də qalsaydım, milli komandadan çağırış almazdım”
Qeyd edək ki,27 yaşlı oyunçu yeni komandada uğurlu çıxış edib və sentyabr ayında iki il fasilədən sonra ilk dəfə İngiltərə millisində qol vurub. İngiltərə millisinin futbolçuları bu gün Latviya üzərində 5:0 hesablı qələbə qazanaraq gələcək mundiala erkən vəsiqəni təmin ediblər.