- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər baş məşqçi Xabi Alonso haqqında fikirlərini bildirib.
90deqiqe.Az “Lequipe”ə istinadən xəbər verir ki, türkiyəli futbolçu Alonsonun futbol fəlsəfəsinə heyran olduğunu və onun planlarına tam uyğunlaşmağa hazır olduğunu vurğulayıb:
“Xabi Alonsonun “Bayer”dəki futbol üslubunu bəyənirdim. İndi onun rəhbərliyi altında çıxış etmək mənim üçün böyük fürsətdir. Əgər bir gün qapıda oynamağımı desə, gedib əlcək alaram”
2025/2026 mövsümündə Arda Gülər La Liqada 16 qarşılaşmada iştirak edib. O, 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. 8 turdan sonra Xabi Alonsonun komandası 21 xalla İspaniya çempionatının lideridir.