5 dekabr 2025. Cümə

Lamin Yamal artıq azarkeşlərə pulsuz avtograf verməyəcək


Lamin Yamal artıq azarkeşlərə pulsuz avtograf verməyəcək

"Barselona"nın futbolçusu Lamin Yamal azarkeşlərə pulsuz avtograf verməyəcək.

90deqiqe.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun yeni reklam müqaviləsi imzalayacağı və bu müqavilə çərçivəsində onun imzası olan məhsullar (butsa, futbolka və digər əşyalar) satışa çıxarılacaq.

Beləliklə, Yamalın avtograflarını pulsuz şəkildə verməməsi tələbi irəli sürülüb ki, bu da onun imzası olan unikal məhsulların dəyərinin azalmaması üçün vacibdir. Klub həmçinin futbolçunun imzası ilə satışa çıxarılacaq məhsullar üçün müəyyən sayda avtograf əldə etməyə çalışır.

Müqavilənin hələ imzalanmadığı, lakin tərəflərin razılığa gəlmək niyyətində olduğu bildirilib. Lamin Yamal artıq bir neçə tanınmış markanın simasıdır, o cümlədən "adidas", "Beats", "Powerade", "Oppo", "Konami" və "Nesquik" markaları ilə əməkdaşlıq edir, həmçinin UNICEF-in səfiri kimi fəaliyyət göstərir.







İspaniya L.L.