5 dekabr 2025. Cümə

“Bəzi futbolçular zədədən qayıdıb, amma..."


“Bəzi futbolçular zədədən qayıdıb, amma..."

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik komandasının üzləşdiyi çoxsaylı zədələrlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, alman çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Heç nə edə bilmirəm, sadəcə, həll yolları tapmalıyıq. Yamal və Fermin artıq komandaya qayıdıblar, amma hələ 90 dəqiqə oynaya bilmirlər. Ümid edirik ki, Rafinya ‘El Klasiko’ya qədər hazır olacaq — planımız budur. Bəzən bərpa prosesi ilə bağlı problemlər yaranır, amma o, doğru yoldadır. Son həftələrdə hücum xəttində çoxlu oyunçumuzu itirmişik. Hazırda bir neçə variantımız var. Bəzi futbolçular zədədən qayıdıblar, lakin optimal formada deyillər”

Qeyd edək ki, “Barselona” oktyabrın 18-də İspaniya La Liqasının 9-cu turu çərçivəsində doğma meydanda “Jirona” ilə qarşılaşacaq.







İspaniya L.L.