5 dekabr 2025. Cümə

Zidanın ideal futbolçu heyətində Messi yer almayıb


Zidanın ideal futbolçu heyətində Messi yer almayıb

Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan "La Gazzetta dello Sport" nəşrinə verdiyi müsahibədə ideal futbolçusunu tərtib edib.

90deqiqe.Az xəbər verir ki, fransız mütəxəssis aşağıdakı oyunçuları seçib:

  • Sol ayaq: Zinəddin Zidan

  • Sağ ayaq: Zinəddin Zidan

  • Başla oynama: Zinəddin Zidan

  • Güc: Zlatan İbrahimoviç

  • Driblinq: Alessandro Del Piero

  • Qol vurmaq: Ronaldo və ya Kriştiano Ronaldo

  • Oyun görmə qabiliyyəti: Zinəddin Zidan

  • Uzaqdan zərbələr: Luka Modriç

  • Standart vəziyyətlər: Alessandro Del Piero, Mişel Platini, Andrea Pirlo

  • Mübarizə: Lilian Tyuram

  • Liderlik keyfiyyətləri: Toni Kroos

Qeyd edək ki, Zidan heç bir kateqoriyada ən çox “Qızıl top” qazanan və sabiq “Barselona” hücumçusu Lionel Messini seçməyib.







İspaniya L.L.