- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın “Vilyarreal” ilə oyununu ABŞ-da keçirməsi barədə fikirlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Mundo Deportivo” alman çalışdırıcının dediklərini belə çatdırıb.
“Futbolçular arasında narazılıq var, lakin qərar La Liqaya məxsusdur. Biz oynamaq məcburiyyətindəyik və liqanın qərarına hörmətlə yanaşmalıyıq”
İspaniya çempionatında 8 turun ardından “Barselona” 19 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Flikin komandası lider Madrid “Real”ından 2 xal geri qalır. Növbəti La Liqa matçını katalonlar öz meydanında “Jirona” ilə keçirəcək.