18 avqust 2026. Çərşənbə axşamı

“Barselona”da Yamal və Lopes oynamaya hazırdır


“Barselona”da Yamal və Lopes oynamaya hazırdır

“Barselona” klubu hücumçu Lamin Yamal və hücum yarımmüdafiəçisi Fermin Lopes tibbi baxışdan keçərək 9-cu tur çərçivəsində “Jirona” ilə oyunun iştirak ərizəsinə daxil ediliblər.

90deqiqe.Az xəbər verir ki, matç bu gün keçiriləcək.

Xatırladaq ki, oktyabrın 3-də katalon klubu Yamalın qasıq nahiyəsində ağrının bərpa olunduğunu və 18 yaşlı oyunçunun 2-3 həftəlik meydandan kənar qalacağını açıqlamışdı.

22 sentyabrda isə “Barselona” bildirib ki, Lopesdə əzələ zədəsi aşkarlanıb və o, təxminən 3 həftə oynaya bilməyəcək.

“Barselona” – “Jirona” matçı Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib