5 dekabr 2025. Cümə

“Barselona” və “Jirona” futbolçuları ABŞ-da oyun keçirilməsinə etiraz edib


“Barselona” və “Jirona” futbolçuları ABŞ-da oyun keçirilməsinə etiraz edib

Hazırda İspaniya La Liqasının 9-cu turu çərçivəsində “Barselona” və “Jirona” komandaları üz-üzə gəlir.

90deqiqe.Az xəbər verir ki, oyun zamanı hər iki komandanın futbolçuları La Liqa matçlarının ABŞ-da keçirilməsinə qarşı etiraz aksiyasına qoşulublar.

Etiraz forması kimi futbolçular oyunun ilk 15 saniyəsində hərəkətsiz qalıblar. Həmin anlarda rejissorlar bütün turun görüşlərində ümumi plan görüntülərini nümayiş etdirir və bu aksiyanı xüsusi vurğulamırlar.

Xatırladaq ki, məhz “Barselona” dekabrın 20-də “Vilyarreal”la qarşılaşmasını Mayamidə keçirəcək.

Matçda hesabı “Barselona”nın yarımmüdafiəçisi Pedri açıb. Daha sonra “Zenit”in sabiq futbolçusu Aksel Vitsel gözəl zərbə ilə bərabərlik qolunu vurub.







İspaniya L.L.