5 dekabr 2025. Cümə

“Barselona” son dəqiqə qoluyla “Jirona” üzərində qələbə qazandı


“Barselona” son dəqiqə qoluyla “Jirona” üzərində qələbə qazandı

İspaniya La Liqasının IX turu çərçivəsində “Barselona” doğma meydanda “Jirona”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Olimpik Lluís Companys” stadionunda keçirilən qarşılaşma kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində hesabı Pedri açıb. Ardınca qonaqların futbolçusu Aksel Vitsel baxımlı zərbə ilə tarazlığı bərpa edib. Güclü yağış altında keçən qarşılaşmada tərəflər çoxsaylı qol imkanları yaratsa da, fərqlənə bilməyiblər.

Matçın taleyini isə son dəqiqələr müəyyənləşdirib. Əvəzləmədən meydana daxil olan Ronald Arauxo 90+3-cü dəqiqədə Frenki de Yonqun ötürməsini dəqiq zərbə ilə qola çevirərək komandasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra “Barselona” 22 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun az keçirən “Real Madrid” 21 xalla ikinci pillədə qərarlaşıb. “Jirona” isə 6 xalla 18-ci yerdədir.







İspaniya L.L.