29 iyun 2026. Bazar ertəsi

“Real” 3 xalı tək qolla qazandı


 “Real” 3 xalı tək qolla qazandı

İspaniya La Liqasının 9-cu turunda “Xetafe” və “Real” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun “Koliseum” stadionunda baş tutub və matçı baş hakim Xose Munuera Monterо idarə edib.

Görüş 1:0 hesabı ilə “Real”ın xeyrinə yekunlaşıb. Ev sahiblərinin heyətində 77-ci dəqiqədə Allan Nyom qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. “Real”ın hücumçusu Kilian Mbappe 80-ci dəqiqədə görüşün yeganə qolunu vurub. 84-cü dəqiqədə “Xetafe”nin digər oyunçusu Aleks Sankris iki sarı vərəqə nəticəsində oyun xaric edilib.

Bu nəticədən sonra “Xetafe” 11 xalla turnir cədvəlində 12-ci sırada qərarlaşıb, “Real” isə 24 xalla liderliyini qoruyub.

Növbəti turda “Xetafe” 25 oktyabr səfərdə “Atletik”lə qarşılaşacaq, “Real” isə 26 oktyabr evdə “Barselona”nı qəbul edəcək.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"