- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real” klubu İspaniya La Liqasının XVII turu çərçivəsində “Vilyarreal” və “Barselona” arasında keçiriləcək oyunun öz ölkəsi ərazisində təşkil olunmasını təmin etmək üçün Şimali və Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasına (CONCACAF) birbaşa müraciət edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Cadena SER" məlumat yayıb.
“Real” rəhbərliyi hesab edir ki, matçın İspaniya xaricində keçirilməsi yarışın ədalət prinsiplərinə ziddir.
Qeyd edək ki, daha əvvəl Madrid klubu həmin oyunun xaricdə keçirilməsinin qarşısını almaq üçün İspaniyanın Milli İdman Şurasına (CSD) ikinci şikayəti göndərib. Birinci şikayət isə bürokratik prosedurlar səbəbindən artıq iki aydır baxılma mərhələsindədir.