29 iyun 2026. Bazar ertəsi

“Barselona” “El Klasiko”da riskli oyun planı seçib


“Barselona” “El Klasiko”da riskli oyun planı seçib

İspaniyada qarşıdan gələn “El Klasiko” öncəsi “Barselona”nın taktiki planı bəlli olub.

90deqiqe.Az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu bazar günü baş tutacaq “Real”la duelə tam gücü ilə hücuma yönələcək.

Komandanın baş məşqçisi Hans-Diter Flikin planı rəqibin gücünə baxmayaraq, tamamilə hücum yönümlü oyun üzərində qurulub. Bununla belə, Flik ötən turda qırmızı vərəqə aldığı üçün bu görüşdə texniki zonada əyləşə bilməyəcək.

Qarşılaşma oktyabrın 26-da, Bakı vaxtı ilə saat 19:15-də start götürəcək. Hazırda “Barselona” 22 xalla ikinci, “Real Madrid” isə 24 xalla turnir cədvəlinə liderlik edir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"