5 dekabr 2025. Cümə

“Sözlər yox, futbol danışacaq!”


“Sözlər yox, futbol danışacaq!”

“Barselona”nın canlı əfsanəsi Andres İnyesta, gənc hücumçu Lamin Yamalın “Real” futbolçuları haqqında sərt fikirlərinə münasibət bildirib.

90deqiqe.Az-ın "Marca”ya istinadən məlumatına görə, sabiq futbolçu bu cür fikirlərin “El Klasiko” öncəsi təbii hal olduğunu deyib:

“Şərhlər hər tərəfdən gəlir, amma ‘El Klasiko’ sadəcə söz savaşı deyil — bu, futbolun bayramıdır. Əsas olan – meydandakı oyunçular və futbolun özüdür. Məncə, Lamin sadəcə oyuna bir az rəng qatmaq istəyib. Amma onsuz da bu qarşılaşma çox gərgin və həyəcanlı olacaq.”

Xatırladaq ki, Yamal daha əvvəl “Real” oyunçularının daim şikayət etdiyini və aldatmağa meyilli olduqlarını demişdi.

Qeyd edək ki, “El Klasiko” – “Real Madrid” və “Barselona” arasında oyun – oktyabrın 26-da “Santyaqo Bernabeu”da baş tutacaq.







İspaniya L.L.