5 oktyabr 2026. Bazar ertəsi

Valverde Messinin son durumu haqda danışdı


Valverde Messinin son durumu haqda danışdı

Barselona'nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli futbolçusu Lionel Messinin son durumu haqda açıqlama verib.

Corner.az-ın İspaniya mətbuatına istinadən xəbərinə görə, ispaniyalı mütəxəssis 32 yaşlı hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Borussiya Dortmund ilə matçda böyük ehtimalla çıxış etməyəcəyini deyib:

"Mən həkim dəyiləm, amma deyəsən, onun zədəsi bir az ağırlaşıb. Buna görə biz daha ehtiyatla hərəkət etməyə qərar verdik. Messinin nə vaxt qayıdacağını bilmirəm. Amma onun çərşənbə günü qayıtması çətin görünür".

Qeyd edək ki,  "Borussiya" - "Barselona" matçı sentyabrın 17-i keçiriləcək.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”