“Real”ın baş məşqçisi Zinəddin Zidan münasibətlərinin qaydasında olmadığı bildirilən Qaret Beyllə bağlı açıqlama verib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis 30 yaşlı futbolçu ilə probleminin olmadığını deyib:
“Hər zaman demişəm, o, yüksək keyfiyyətə sahibdi. Yayda baş verənləri hər kəs bilir. Beyl hazırda komandada olduğu üçün xoşbəxtdir və məndə xoşbəxtəm”.