29 iyun 2026. Bazar ertəsi

PSJ və “Bavariya” “Real”ın ulduzunu əlindən almağa hazırlaşır


PSJ və “Bavariya” “Real”ın ulduzunu əlindən almağa hazırlaşır

“Real Madrid”in superulduzu Vinisius Juniorun komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər getdikcə güclənir.

90deqiqe.Az “OK Diario”ya istinadən xəbər verir ki, “El-Klasiko” matçında əvəzlənməsinə əsəbi reaksiya verən və məşqçi Xabi Alonsonu qəzəbləndirən braziliyalının gələcəyi sual altındadır.

25 yaşlı futbolçu ilə PSJ və “Bavariya” ciddi maraqlanır. Hər iki nəhəng braziliyalı vingerin transferi üçün yarışa qoşulmağa hazırlaşır. Bundan əlavə, Vinisiusa İngiltərə Premyer Liqasının aparıcı klubları və Səudiyyə Ərəbistanı təmsilçiləri də “göz dikib”.

"Transfermarkt"a görə, Vinisiusun bazar dəyəri 150 milyon avrodur. Onun “Real Madrid”lə müqaviləsi 2027-ci ilə qədər davam edir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"