14 dekabr 2025. Bazar günü

“Real Madrid”in gənc futbolçusu sıradan çıxıb


“Real Madrid”in gənc futbolçusu sıradan çıxıb

Madrid “Real”ının gənc futbolçusu Fransko Mastantuono zədə səbəbindən sıradan çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Məlumatda bildirilir ki, 18 yaşlı yarımmüdafiəçidə pubaqlıq nahiyəsində problem aşkarlanıb:

“Bu gün aparılan tibbi müayinə nəticəsində Fransko Mastantuonoda pubaqlıq nahiyəsində zədə müəyyən edilib. Onun bərpa prosesi klubun həkim heyəti tərəfindən nəzarətdə saxlanılacaq.”

Xatırladaq ki, argentinalı futbolçu 2025-ci ilin avqustunda “River Pleyt”dən “Real”a transfer olunub. Madrid klubu bu keçid üçün 45 milyon avro ödəyib. Gənc oyunçu bu mövsüm 12 matçda forma geyinib, 1 qol və 1 assistlə yadda qalıb.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”