- İspaniya L.L.
- 23:51 04.12.2025
Madridin “Atletiko” klubu hücumçu Xulian Alvaresin 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlər siyahısında yer almamasından narazılıq bildirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi "X" (əvvəlki “Twitter”) sosial şəbəkə hesabında paylaşım edilib:
“2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlər? Siz kimə səs verirsiniz?!” – deyə “Atletiko” paylaşımında qeyd edib.
Klub hesab edir ki, argentinalı futbolçu komandadakı ilk mövsümündə 29 qol vurmaqla mükafata layiq oyun sərgiləyib və namizədlər arasında olmalı idi.
Qeyd edək ki, daha əvvəl FİFA mükafata iddialı olan 11 futbolçunun adını açıqlayıb. Siyahıda bu oyunçular yer alıb:
Usman Dembel, Əşrəf Hakimi, Nunu Mendeş, Vitinya (hamısı — PSJ),
Harri Keyn (“Bavariya”),
Kilian Mbappe (“Real”),
Koul Palmer (“Çelsi”),
Pedri, Rafinya, Lamin Yamal (hamısı — “Barselona”),
Məhəmməd Salah (“Liverpul”).