- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real” klubu oktyabr ayı üzrə ən yaxşı futbolçusunu açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Arda Güler layiq görülüb.
20 yaşlı yarımmüdafiəçi ötən ay bütün turnirlər çərçivəsində 4 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə türkiyəli oyunçu cari mövsümdə aktivində 15 matçda 3 qol və 6 assist var.
İspaniya La Liqasının 11 turundan sonra “Real” 30 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. Komandanın ən yaxın izləyicisi “Barselona” ilə fərqi 5 xal təşkil edir.
“Real” növbəti oyununu noyabrın 9-da səfərdə “Rayo Valyekano”ya qarşı keçirəcək.