- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real”ın ulduz futbolçusu Kilian Mbappe “Monako”nun yarımmüdafiəçisi Pol Poqbanın zədədən sonra bərpasını səbirsizliklə gözlədiyini bildirib.
90deqiqe.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, Mbappenin sözlərinə görə, onlar tez-tez əlaqə saxlayır və o ümid edir ki, Poqbaya yenidən ən yüksək formaya qayıdacaq.
“Biz tez-tez danışırıq. Ümid edirəm, o yenidən ən yaxşı formaya qayıdacaq. Düşünürəm ki, onun qayıdışına bir çox azarkeş böyük ümidlər bəsləyir”
Qeyd edək ki, Poqba topuq zədəsindən sonra bərpa prosesindədir. O, yayda “Monako”ya iki illik müqavilə ilə qoşulub, lakin hələ klub səviyyəsində rəsmi oyunda iştirak etməyib.