5 dekabr 2025. Cümə

“Real” səfərdə xal itirdi


“Real” səfərdə xal itirdi

İspaniya La Liqasının XII turunda “Real” səfərdə “Rayo Vallekano”nun qonağı olub.

90deqiqe.Az xəbər verir ki, oyun “Vallekas” stadionunda baş tutub, baş hakim isə Xuan Martines Munuera olub. Matç 0:0 hesabı ilə yekunlaşıb.

“Real”ın hücumçuları Vinisius Junior və Kilian Mbappe oyuna start heyətində çıxaraq bütün matçı meydanda keçiriblər.

Bu nəticədən sonra “Real” La Liqa cədvəlində lider mövqeyini qoruyub. Habi Alonso rəhbərliyindəki komandanın aktivində 12 oyundan sonra 31 xal var. İkinci pillədəki “Vilyarreal”dan fərq beş, “Barselona”dan isə altı xal təşkil edir. Qeyd edək ki, kataloniyalıların bir oyunu qalıb. “Rayo Vallekano” isə 12 oyundan sonra 15 xalla 12-ci pillədə qərarlaşıb.







İspaniya L.L.