- İspaniya L.L.
- 23:51 04.12.2025
Madrid “Real”ının baş məşqçisi Xabi Alonso komandanın müdafiəçisi Trent Aleksander-Arnoldun bərpadan sonra hələ əsas heyətə qayıtmamasının səbəbini izah edib.
90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Trent? Valverde matçdan öncə özünü yaxşı hiss edirdi. Trentə isə zədədən sonra bir qədər əlavə vaxt lazımdır. Əminəm ki, yığma oyunları üçün olan fasilə zamanı o, qarşıdakı görüşlərə tam hazır vəziyyətə gələcək”
La Liqanın 12-ci turunda “Rayo Valyekano” ilə 0:0 hesablı oyunda Trentə məxsus mövqedə yenə yarımmüdafiəçi Federiko Valverde çıxış edib.
Qeyd edək ki, La Liqanın 13-cü turunda Madrid “Real”ı noyabrın 23-də səfərdə “Elçe” ilə qarşılaşacaq. Görüş yığma oyunları üçün nəzərdə tutulan fasilədən sonra baş tutacaq.