- İspaniya L.L.
- 23:51 04.12.2025
“İnter Mayami” klubunun ulduz hücumçusu Lionel Messi uzun fasilədən sonra “Barselona”nın ev stadionu “Kamp Nou”nu ziyarət edib. Arenada yaxın günlərdə rekonstruksiya işləri yekunlaşıb.
90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Barselona” dövrünə olan həsrətini dilə gətirib:
“Uzun illər darıxdığım bir məkanı ziyarət etdim. Burada çox xoşbəxt illərim keçib. Ümid edirəm ki, bir gün yenidən bura qayıda biləcəyəm. Və bu, yalnız futbolçu kimi vida üçün olmayacaq — çünki o anı heç vaxt yaşaya bilmədim.”
Qeyd edək ki, Messi “Barselona”nın heyətində 2005–2021-ci illərdə çıxış edib. Argentinalı hücumçu 2023-cü ilin yayından ABŞ-ın “İnter Mayami” klubunun şərəfini qoruyur. Onun amerikalı klubla müqaviləsi 2028-ci ilin dekabrında başa çatacaq.