29 iyun 2026. Bazar ertəsi

Levandovski son 10 ilin ən çox het-trik edən futbolçusu oldu


Levandovski son 10 ilin ən çox het-trik edən futbolçusu oldu

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 12-ci turunda “Selta”ya qarşı (4:2) het-trik edərək son 10 mövsüm ərzində bütün oyunlarda ən çox het-trik edən futbolçu adına sahib çıxıb.  

90deqiqe.Az xəbər verir ki, polşalı forvard 556-cı oyununda 26-cı het-trikini qeyd edib. “Əl-Nəsr”də çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldonun 413 oyunda 23 het-triki, keçmiş “Barselona” hücumçusu Lionel Messinin isə 451 oyunda 23 het-triki var – lakin Messi 38 oyun daha çox keçirib. “Bavariya”nın hücumçusu Hari Keyn 558 oyunda 25 het-triklə ikinci pillədə qərarlaşıb.

Son 10 ilin het-trik liderləri:

  1. Robert Levandovski (“Barselona”) — 556 oyun, 26 het-trik

  2. Hari Keyn (“Bavariya”) — 558 oyun, 25 het-trik

  3. Kriştiano Ronaldo (“Əl-Nəsr”) — 413 oyun, 23 het-trik

  4. Lionel Messi (“İnter Mayami”) — 451 oyun, 23 het-trik

  5. Kilian Mbappe (“Real”) — 536 oyun, 23 het-trik

  6. Erlinq Haland (“Mançester Siti”) — 296 oyun, 21 het-trik

Daha sonra reytinqdə 10 het-trik edən hücumçular sırasına Serxio Aquero (252 oyun), Luis Suares (367), Vissam Ben-Yedder (388) və Pyer-Emerik Obameyanq (408) daxildir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"