5 dekabr 2025. Cümə

“Real Madrid”də ayrılıq yaşanır


“Real Madrid”də ayrılıq yaşanır

“Real” klubu braziliyalı vinger Rodriqonu itirə bilər.

90deqiqe.Az “ESPN Brasil”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hazırda Xabi Alonsonun rəhbərliyi altında komandadakı rolundan ciddi şəkildə narazıdır və mühit dəyişməyə qərar verib.

Rodriqo artıq klubdakı mövqeyindən tam məmnun deyil və qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir. Braziliyalı futbolçu üçün əsas seçim İngiltərə Premyer Liqası hesab olunur.

Hazırkı mövsümdə Rodriqo La Liqada 10 oyuna çıxsa da, nə qol vura, nə də məhsuldar ötürmə verə bilib. Çempionlar Liqasında isə onun aktivində 3 matçda 2 asist var.

Futbolçunun transfer dəyəri 80 milyon avro məbləğində qiymətləndirilir.







İspaniya L.L.