- İspaniya L.L.
- 23:51 04.12.2025
Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan yenidən məşqçilik fəaliyyətinə qayıtmağa hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, “Le Parisien” fransalı çalışdırıcının dediklərini belə çatdırıb.
“Mən hələ də məşqçiyəm və yenidən işləyəcəyəm. Çox tezliklə qayıdacağam, həm də çox tez”
Fransada artıq uzun müddətdir ki, Zidanın gələcəkdə milli komandanın baş məşqçisi olacağı barədə fikirlər səsləndirilir. Hazırkı baş məşqçi Didye Deşamın rəhbərliyi altında Fransa yığması dünya çempionu və sonrakı mundialın gümüş mükafatçısı olsa da, son illərdə komandanın nəticələri aşağı düşüb.
53 yaşlı mütəxəssis 2016–2021-ci illər aralığında “Real”ın sükanı arxasında uğurlu dövr keçirmişdi. Onun rəhbərliyi altında Madrid klubu iki dəfə İspaniya çempionu olub, üç dəfə ardıcıl olaraq Çempionlar Liqasını, iki dəfə UEFA Superkubokunu və bir dəfə Klublararası Dünya Çempionatını qazanıb.