28 iyun 2026. Bazar günü

“Barselona"ya qayıtmaq istəyirəm”


“Barselona"ya qayıtmaq istəyirəm”

“İnter Mayami” klubunda çıxış edən hücumçu Lionel Messi ailəsi ilə birlikdə yenidən Barselonada yaşamaq arzusunda olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu bu barədə fanatlara deyib:

“Ora qayıtmaq çox istəyirəm. Barcelonaya çox darıxmışıq. Uşaqlar və həyat yoldaşım daim şəhər barədə danışırlar. Biz yenidən orada yaşamaq istəyirik. Evimiz var, hər şey hazırdır – bu bizim xəyallarımızdır.”

Messi həmçinin “Kamp Nou” stadionunu ziyarət etmək istədiyini vurğulayıb:

“Parisə köçdüyümdən bəri ‘Kamp Nou’da olmamışam, sonra isə komanda ‘Montjuic’ stadionuna köçdü. Yeni stadionu görmək həm qəribə, həm də emosional olacaq. Həmişə göstərdiyiniz sevgiyə təşəkkür edirəm. Daha çox demək istəmirəm – sadəcə təşəkkür.”

Hazırda Messi “İnter Mayami” klubunda çıxış edir və MLS ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"