28 iyun 2026. Bazar günü

“Upamekanonu “Real”da görmək istərdim”


“Upamekanonu “Real”da görmək istərdim”

“Real” və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe milli komandadakı həmkarı, “Bavariya”nın müdafiəçisi Deyo Upamekano  Madrid klubunda görmək istədiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “RMC Sport” futbolçunun dediklərini belə çatdırıb.

“O, möhtəşəm çıxış edir və çox inamlıdır. Dünyanın ən yaxşı müdafiəçilərindən biri olmaq uğrunda mübahisələrdə iştirak edir. Mənim üçün Upamekano komandadakı dominant müdafiəçilərdəndir. Hücumçulara çatmaq, birbaşa duel qalib gəlmək və taktiki üstünlük təmin etmək bacarığı var.

O, böyük klubda – “Bavariya”da oynayır. Onu transfer edə biləcək çox az klub var… Amma belə komandalar mövcuddur (gülür). Heç nə deməyəcəyəm, mübahisəyə qarışmayacağam, həm ona, həm də klubuna hörmətimdən. Lakin belə səviyyəli oyunçu üçün bütün klublar diqqətli olacaq və onun transferi üçün fürsət gözləyəcəklər”







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"