5 dekabr 2025. Cümə

“Lionel Messiyə "Nou Kamp"da heykəl lazımdır”


“Lionel Messiyə "Nou Kamp"da heykəl lazımdır”

“Barselona”nın prezidenti Joan Laporta hesab edir ki, klubun sabiq hücumçusu Lionel Messi yenidən qurulan “Nou Kamp” stadionunda öz heykəlini haqq edir.

90deqiqe.Az xəbər verir ki, funksioner bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb:

“Messi yeni stadionda heykəlini görməyi haqq edir. Dizayn hazırlayacağıq, ailəsi ilə danışacağıq və razılıq olarsa, işə başlaya bilərik”.

Messi 2000-2021-ci illərdə katalon klubunun sistemində çıxış edib, “Barselona” tarixinin ən məhsuldar futbolçusu olub – 778 oyunda 672 qol vurub və yeddi dəfə “Qızıl top” qazanıb.







İspaniya L.L.