- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın hücumçusu Robert Levandovski yay transfer pəncərəsində komandadan ayrılmağı planlaşdırmır.
90deqiqe.Az xəbər verir ki, 37 yaşlı forvard yayda karyerasını bitirmək variantını da nəzərdən keçirmir.
Daha əvvəl təcrübəli futbolçunun İtaliyanın “Milan” və Türkiyənin “Fənərbağça” klubunun maraqlandığı iddia olunurdu.
Bu mövsüm polşalı “Barselona”nın heyətində 12 matça çıxıb və 7 qola imza atıb.
Robert Levandovskinin “Barselona” ilə qüvvədə olan müqaviləsi 30 iyun 2026-cı ilədək davam edir.