29 iyun 2026. Bazar ertəsi

Arnold milli oyunlardan kənarda qalaraq formaya düşür


Arnold milli oyunlardan kənarda qalaraq formaya düşür

“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold milli oyun fasiləsində formasını bərpa etmək üçün xüsusi proqramdan istifadə edir.

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, bu metod əvvəllər Cude Bellinqhem üçün tətbiq edilmişdi.

Futbolçu İngiltərə millisinin düşərgəsinə getmədi və Madriddə qalıb. Onun üçün mini-prezesezon hazırlanıb: istirahət, fiziki hazırlıq və psixoloji bərpa mərhələlərini əhatə edir. Xabi Alonso və məşqçi heyəti bu planla Trentin özünəinamını bərpa etməsini hədəfləyir.

Trent 2025-ci ilin yayında “Liverpul”dan “Real”a keçib. Cari mövsümdə o, 16 oyundan cəmi 7-də meydana çıxıb və heç bir matçda 90 dəqiqəni tamamlamayıb. Onun yeganə məhsuldar ötürməsi isə Klub Dünya Çempionatında “Borussiya Dortmund”la matçda olub.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"