- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona” və Danimarka millisinin mərkəz müdafiəçisi Andreas Kristensen fiziki vəziyyətindən danışıb.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlama verib.
“Ötən mövsümə qədər fiziki durumumla bağlı demək olar ki, heç bir problem yaşamırdım. Amma o vaxtdan çox suallar yaranmağa başladı. Bu, biraz narahat edir, amma bununla barışmalıyam”.
Kristensen 2022-ci ildən katalon klubunda çıxış edir. Cari mövsümdə 29 yaşlı müdafiəçi 10 oyunda iştirak edib, lakin məhsuldar göstərici ilə fərqlənməyib. Onun “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.