5 dekabr 2025. Cümə

"Barselona" 2,5 ildən sonra ilk oyununu "Kamp Nou"da keçirəcək


"Barselona" 2,5 ildən sonra ilk oyununu "Kamp Nou"da keçirəcək

“Barselona” İspaniya La Liqasının 13-cü turunda Bilbaonun “Atletik” klubu ilə qarşılaşmasını yenidən qurulan “Spotify Kamp Nou” stadionunda keçirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə kataloniya təmsilçisi sosial şəbəkə "X" hesabında məlumat yayıb. 

Bildirilir ki, 99 354 tamaşaçı tutumuna malik arenaya bu dəfə yalnız 45 min azarkeş buraxılacaq. Buna səbəb stadionun lisenziyalaşdırmanın bütün mərhələlərindən keçməməsidir.

“Barselona” son dəfə “Spotify Kamp Nou”da 2023-cü il mayın 28-də — La Liqanın 37-ci turunda “Malyorka”ya qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan matçda meydana çıxmışdı.

Xatırladaq ki, klub iyunun sonunda rəsmi şəkildə doğma arenaya 10 avqust 2025-ci ildə qayıdacağını açıqlamışdı. “Kamp Nou” 2023-cü ilin yayında rekonstruksiya səbəbindən bağlanmışdı. Mövsümün əvvəlində isə kataloniyalılar lisenziya problemi olduğuna görə ev oyunlarını “Olimpik Lluís Companys” stadionunda keçirmişdilər.

Qarşılaşma 22 noyabr baş tutacaq.Hazırda “Barselona” La Liqanın turnir cədvəlində 12 turdan sonra 28 xalla ikinci pillədə qərarlaşıb. Kataloniya klubu lider “Real Madrid”dən 3 xal geri qalır.







İspaniya L.L.