- İspaniya L.L.
- 23:51 04.12.2025
"Betis"in hücumçusu Antoni 2025-ci ildə "Bavariya"ya mümkün keçidinin niyə baş tutmadığı barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "Globo" futbolçunun dediklərini belə çatdırıb.
“Transfer pəncərəsinin bağlanmasına bir gün qalırdı. Bu, “Betis”lə danışıqlarımızın demək olar ki, son günü idi və məhz həmin vaxt “Bavariya”dan zəng aldıq. Açığını deyim, bu qərarı vermək mənim üçün çox çətin oldu. Söhbət “Bavariya” kimi nəhəng klubdan gedir. Baş məşqçi Vensan Kompani isə böyük təcrübəyə malikdir və o, şəxsən mənə zəng etdi. Biz danışdıq, çox nəzakətli idi, oyunumun böyük pərəstişkarı olduğunu dedi. Zəng təxminən saat 23:00-da idi.
Amma mən artıq “Betis”lə hər şeydə razılaşmışdım, onlara söz vermişdim. Qərar verilmişdi, nə klubuma, nə də özümə belə bir addım ata bilməzdim. Bu həm də ailəvi qərar idi. Mən burada xoşbəxtəm, özümü evdəki kimi hiss edirəm, hər kəsin dəstəyini görürəm”
Bu mövsüm Antoni bütün turnirlərdə “Betis”in heyətində 11 oyunda iştirak edib, altı qol vurub və iki məhsuldar ötürmə edib.