5 dekabr 2025. Cümə

“Çempionlar Liqası və "Real" üzərində qələbə unudulmazdır”


“Çempionlar Liqası və "Real" üzərində qələbə unudulmazdır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”dakı ən yadda qalan anlarını paylaşıb. 

90deqiqe.Az xəbər verir ki, "RAC1" mütəxəssisin dediklərini belə çatdırıb.

“Bilmirəm, hansını seçim… “Barselona”dakı dövrdən ilk xatırladığım La Liqa çempionluğu və Madriddə “Real” üzərində 6:2 hesablı qələbədir. Həmçinin ikinci Çempionlar Liqası qələbəsini də unutmaq olmur”

Qeyd edək ki, Qvardiola Kataloniya klubunu 2008-2012-ci illərdə çalışdırıb.Qvardiola ilə “Barselona” Çempionlar Liqasını 2009 və 2011-ci illərdə qazanıb. Hər iki finalda kataloniyalılar “Mançester Yunayted”i 2:0 və 3:1 hesabları ilə məğlub edib.

 







İspaniya L.L.