- İspaniya L.L.
- 23:51 04.12.2025
"Barselona"nın prezidenti Joan Laporta Xavi haqqında danışıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" funksionerin dediklərini belə çatdırıb.
"Klubun prezident seçkiləri 15 mart - 15 iyun tarixləri arasında keçiriləcək. Tezliklə dəqiq bir tarix təyin etmək istəyirəm. Komandaya ən az təsir edəcək variantı seçmək istəyirik. Xavinin rəqibin tədbirində iştirakı məni təəccübləndirmədi. O, artıq Viktor Fontla əlaqə saxlamışdı. Fontun və ya başqasının açıqlamalarına şərh verməyəcəyəm, çünki bu, artıq seçki kampaniyasına qoşulduğum anlamına gələcəkdi."
Qeyd edək ki, “Barselona” La Liqada hazırda ikinci yerdə qərarlaşıb.