5 dekabr 2025. Cümə

“Barselona” 2005-ci il “El Klasiko”suna həsr olunmuş dördüncü formanı təqdim edib - FOTOLAR


“Barselona” 2005-ci il “El Klasiko”suna həsr olunmuş dördüncü formanı təqdim edib - FOTOLAR

“Barselona” klubu bu mövsüm üçün nəzərdə tutulan dördüncü forma dəstini təqdim edib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, formanı hazırlayan texniki sponsor "Nike"dir və dizayn 19 noyabr 2005-ci ildə “Santyaqo Bernabeu”da “Real Madrid” üzərində qazanılmış 3:0 hesablı qələbəyə həsr olunub.

Həmin görüşdə kataloniyalıların heyətində Samuel Eto’o və dubl edən Ronaldinyo fərqlənmişdi.

Xatırladaq ki, La Liqanın cari mövsümünün 10-cu turunda keçirilən oyunda “Real Madrid” “Barselona”nı öz meydanında 2:1 hesabı ilə məğlub edib.







İspaniya L.L.