5 dekabr 2025. Cümə

“Barselona” Levandovskidən çox qol vurmamağı xahiş edib


“Barselona” Levandovskidən çox qol vurmamağı xahiş edib

“Barselona” rəhbərliyi 2022/2023 mövsümündə hücumçusu Robert Levandovskidən çox qol vurmağı istəməyib.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Kataloniya təmsilçisin forvard üçün Münhen “Bavariya”sına transfer bonusu ödənilməməsi olub.

Polşalı futbolçu özünün “Levandovski: Həqiqət” kitabında yazır ki, klub funksionerləri, o cümlədən prezident Joan Laporta, ondan çox qol vurmaqdan çəkinməsini xahiş edib. Əks halda “Barselona” “Bavariya”ya 2,5 milyon avro ödəməli olacaqdı. Bu söhbət La Liqa çempionluğundan sonra baş verib.

Mövsüm ərzində Levandovski milli çempionatda 23 qol vurub.







İspaniya L.L.