5 dekabr 2025. Cümə

“Karyeram boyunca hər zaman tənqidlə mübarizə aparmışam”


“Karyeram boyunca hər zaman tənqidlə mübarizə aparmışam”

Uruqvay millisinin hücumçusu Luis Suares disiplin problemləri ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə,"Diario SPORT" “İnter Mayami” klubunda çıxış edən futbolçunun dediklərini belə çatdırıb. 

“Çox vaxt özümü dözümlülük və mübarizənin nümunəsi kimi görürəm. Amma bir çox sahədə nümunə olmadığımı bilirəm və bunu qəbul edirəm. Karyeram boyunca tənqidə qarşı daim mübarizə aparmışam. “Nasyonal”da debüt edərkən səhvlərim üzündən, “Ayaks”da bədən quruluşum üzündən, “Liverpul”da disiplin əskikliyim üzündən, “Barselona”da isə pis seriyalarım üçün tənqid olunmuşam. Bu tənqid məni gücləndirdi”.

Karyerasında Suares “Barselona”da 283 oyunda 195 qol, “Liverpul”da isə 159 matçda 111 qol vurub.







İspaniya L.L.