- İspaniya L.L.
- 23:51 04.12.2025
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik, komandasının gələcəyi ilə bağlı nikbin fikirlərini ifadə edib.
90deqiqe.Az xəbər verir ki, "Goal" mütəxəssisin dediklərini belə çatdırıb.
"Bəlkə də, bizə lazımlı olan və sahib olmamız gərəkən güvənliyin çatışmazlığı var. Amma indi bəzi oyunçular komandaya qayıdır və bu, bizə çox kömək edəcək. Bizim fantastik bir komandamız var və əgər Viqoda göstərdiyimiz səviyyədə oynamağa davam etsək, hər şey yaxşı olacaq"
Hazırda "Barselona" İspaniya çempionatında ikinci yerdə qərarlaşıb və "Real"dan 3 xal geridə qalır. Şənbə günü Flikin komandası "Atletik"i qəbul edəcək.